Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92495
az

Quş qripi ilə bağlı XƏBƏRDARLIQ - İnsanlar üçün təhlükə var

18:0913 İyul, 2023
147
MANŞET
  • A

Son zamanlar quş qripinin yayılması təkcə quşlar üçün deyil, insanlar üçün də təhlükə yaradır.

OXU24.COM  report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Cenevrədə yayılan birgə məlumatında deyilir.

Qeyd olunub ki, quş qripi epidemiyaları ev quşları, çöl quşları və bəzi məməlilər də daxil olmaqla heyvan populyasiyalarını məhv edib, fermerləri və ərzaq ticarətinin işini ləngidib:

"Bu epidemiyalar əsasən heyvanlara təsir etsə də, insanlar üçün daimi təhlükə yaradır. Bioloji cəhətdən insanlara quşlardan daha yaxın olan məməlilərdə sadalanan infeksiyaların aşkar edilməsi halları çoxalıb. Bu da virusun insanlara yoluxmaq üçün daha asan uyğunlaşa biləcəyi ilə bağlı narahatlıqları artırır".

2022-ci ildə 67 ölkə ev və çöl quşlarında yüksək patogen H5N1 quş qripinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına məlumat verib.

Eyni zamanda, təsərrüfatlarda 131 milyondan çox ev quşu tələf olub və ya məhv edilib. 2023-cü ildə 14 əlavə ölkə, əsasən Amerika qitəsində epidemiyaların baş verdiyini bildirib. 2022-ci ildən bəri, üç qitənin 10 ölkəsi təşkilata məməlilərdə baş verən epidemiyalar barədə məlumat verib

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır
Bağçada ər-arvad rolunu oynamışdılar - 20 il sonra EVLƏNDİLƏR
İsrail 110 fələstinli məhbusu azad edəcək

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb