Sabah saat 11:00-dan 14:30-a qədər Abşeron rayonunun Məhəmmədi qəsəbəsinin bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Oxu24.com "Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, fasiləyə səbəb Bakı regionunun Bağlar Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik enerjisinin dayanıqlığı məqsədi ilə 110/35/10 kV-luq "Zabrat” yarımstansiyasından çıxan Məhəmmədi 1-2 EVX-lərinin əlaqələndirilməsidir.
"Azərişıq” yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir. Oxu24.com
ŞƏRHLƏR