Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92468
az

TƏCİLİ! Qətli 17 yaşlı oğlan törədibmiş,həbs edildi

19:5212 İyul, 2023
700
REDAKTORUN SEÇİMİ
  • A

İyulun 11-i Bərdə rayonunun Qarağacı kənd sakini 1967-ci il təvəllüdlü Sahib Bayramovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Oxu24.com-a verilən xəbərə görə, aparılmış istintaqla 2006-cı il təvəllüdlü Zöhrab Əsgərovun iyulun 9-da aralarında yaranmış mübahisə zamanı Sahib Bayramova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun 2 gün sonra müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta dair Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır.

Zöhrab Əsgərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada kütləvi reydlər başladı: 100-dən çox...
Ana və oğlu eyni gündə öldü
Müharibə veteranlarına verilən 80 manatla bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb