Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92460
az

Azərbaycanda benzin və dizelin QİYMƏTİ BAHALAŞACAQ

16:3412 İyul, 2023
758
İQTİSADİYYAT
  • A

"Azərbaycanda benzinin qiymətinin aşağı düşəcəyi ilə bağlı fikir səsləndirənlər yanlış fikirdədirlər. Ona görə ki, "Aİ-92" benzini "Avto-2" standartına uyğun istehsal edilir. 2015-ci ildən etibarən başlayan Heydər Əliyev adına Neftayırma zavodunun modernizasiyası prosesi 2018-ci ildən sonra intensivləşib. Yaxın illərdə "Avro-5" standartına uyğun yanacağın istehsal olunması məqsəd kimi qarşıya qoyulub".

OXU24.COM  "Bizim.media"ya istinadən bildirir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, zavoda 4 milyard manat kapital qoyuluşu həyata keçirilib. Dünya bazarında benzinin qiyməti kifayət qədər bahadır və zavoda bu qədər kapital yatırılıb. Bəs bundan sonra "Aİ-92" və digər markalı benzinlərin qiyməti ucuzlaşa bilərmi?

İlham Şaban bunun mümkün olmadığını söyləyib və həm dizelin, həm aşağı dərəcəli benzinin qiymətinin bahalaşacağını diqqətə çatdırıb:

"Ancaq "Aİ-95" markalı benizinin qiyməti aşağı düşəcək. "Aİ-92" markalı benzin və dizelin bahalaşmasının isə iki səbəbi var. Birincisi, əməliyyatlarla bağlıdır ki, bu da daha keyfiyyətli və bahalı prosesdir. İkincisi isə odur ki, artıq zavodun kapital xərcləri nəyinsə hesabına geri qayıtmalıdır. Yəni, bu vəsait istehlakçıdan çıxılmalıdır".
Ətraflı

Bir neçə il ərzində Azərbaycanın hasil etdiyi neftin həcminin azaldığını söyləyən ekspert vurğulayıb ki, bu proses ola bilsin, gələn ildən başlasın:

"Bu da H.Əliyev adına Neftayırma zavodunun layihə gücü üçün yetərli deyil və biz xaricdən neft idxal etməyə məcbur olacağıq. 2030-cu ildə isə bu hasilat daha da azalacaq və hasilat 2-3 milyon tona düşəcək. Zavodun istehsal gücü isə 7.5 milyon tondur. Yerdə qalan isə idxal olunan neft olacaq. Bu baxımdan da istehlakçılar özlərini bahalı yanacağa kökləməlidirlər".

Azərbaycanda benzinin ucuzlaşması üçün heç bir əsasın olmadığını deyən İ.Şaban, benzinə dizel arasında xeyli fərq olduğunu bildirdi:

"Əvvəl dizel 40 qəpiyə satılırdı, ancaq indi 80 qəpiyə çatıb. 2017-ci ildən sonra ölkədə dizelin istehlakı 3 dəfə artıb. Bu yanacaqda ekologiyanı pozan əsas amil, Avropadan ölkəyə köhnə və istehsal müddəti bitmiş avtomobillərin gətirilməsi ilə bağlıdır. Hökumət yanacağın qiyməti ilə ölkəyə gətirilən avtomobillərin sayını da tənzimləyir. Əgər qiymətlər aşağı düşsə, bu dəfə ölkəyə daha çox avtomobil daxil olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalinin banklara inamı artır?
"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb