Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92448
az

Həkimlər istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq edir

01:2512 İyul, 2023
204
CƏMİYYƏT
  • A

Avropanın bir çox ölkələrini isti bürüyüb. Fransada bir sıra departamentlərdə narıncı - təhlükəli rejim elan edilib. Lionda bazar günü hava 38 dərəcəyə qədər istiləşib.

OXU24.COM oxu.az-a istinadən bildirir ki, Almaniyada istilik 38, Polşada 30 dərəcəyə qalxıb. İtaliyada da istilər artıb. İspaniya və Portuqaliyada da yaxın günlərdə havanın temperaturunun 40 dərəcəni keçəcəyi proqnozlaşdırılıb.

Həkimlər günorta günəşində çölə çıxmamağa və bol su içməyə çağırırlar.

Bundan başqa, istidə çimərkən soyuq şok riski ilə bağlı xəbərdarlıq da edirlər. Sərinləmək üçün insanlar göllərə və çaylara qaçırlar. Amma günəş vurması, günəş yanığı ilə yanaşı, soyuq suya girərkən bədənin stressli vəziyyətə düşməsi də çox təhlükəlidir. Bu zaman bədən temperatur şoku alır. Bunun nəticəsi ölümcül ola bilər.

Qeyd edək ki, ötən il Avropada anomal istilərin təsiri nəticəsində 15 minə yaxın insan həyatını itirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır
Seçkilərin ilkin nəticələri açıqlandı - Video
Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb