"Threads" istifadəçilərinin sayı keçən həftə statistikasından bəri artıq 100 milyonu keçib.
OXU24.COM lent.az-a istinadən bildirir ki, bununla da "Meta Threads" platformasının istifadəyə verilməsindən sonra "Twitter"də istifadəçi sayı azalıb.
"Meta" rəhbərləri "Threads"ı "heç vaxt "Twitter"i qəbul etməyənlər" üçün daha müsbət icma platforması kimi təqdim edirlər. "Threads"in auditoriyası sürətlə artır - startdan bir neçə saat sonra 10 milyon insanı keçib, həftə sonu isə 100 milyona çatıb.
Tədqiqatçılar "Twitter"də trafikin azaldığını göstərən vizual skrinşot paylaşıblar. Məlumata görə, "Threads" işə salındıqdan sonra İlon Maskın platformasındakı veb trafik tam iki gün ərzində 5% azalıb. Bundan əlavə, 2022-ci ilin eyni günləri ilə müqayisədə 11% azalıb.
"Threads"in sürətli böyüməsi onun Instagram ilə yüksək inteqrasiyasını asanlaşdırılır - hesabınızı məşhur sosial şəbəkəyə bağlaya və izləyiciləri köçürə bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR