Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92437
az

Bu sürücüləri böyük məbləğdə cərimə gözləyir - VİDEO

10:0211 İyul, 2023
107
CƏMİYYƏT
  • A

Avtomobildə musiqiyə yüksək səslə qulaq asanlar böyük məbləğdə cərimə ediləcəklər.

Çünki musiqinin yüksək səslə dinlənilməsi bir çox hallarda digər insanların narahatlığına səbəb olur.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, yüksək səslə musiqi dinlənilməsi ilə bağlı məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində öz əksini tapıb. Lakin burada bəzi incəliklər var. Həmin maddədə qeyd olunub ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 12-dən 7-dək maqnitofonları və digər aparatları gur səslə oxutmaq, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsullarla da pozmaq olmaz.

Bəs bu əmələ görə sürücüləri konkret olaraq hansı məsuliyyət gözləyir?
 

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu xətaya yola verən şəxslər ən çox 2500 manata qədər cərimə edilə bilərlər.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli isə deyir ki, yol polisi belə sürücülərə qarşı nəzarəti artırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü