Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92426
az

İsmayıllıdan dəhşətli xəbər: Ölən və yaralılar var

10:2511 İyul, 2023
465
REDAKTORUN SEÇİMİ
  • A
İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb. Belə ki, 31-BB-410 dövlət nömrə nişanlı "VAZ-2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu ölüb, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qusarda narkotik bitkilər məhv edilib