Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92412
az

Bu nazirliyin səlahiyyətləri artırıldı

21:0010 İyul, 2023
170
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırılıb.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin "Elektron icra" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli, "Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli və "Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri"nin təsdiq edilməsi barədə" 2022-ci il 29 yanvar tarixli 38 nömrəli qərarlarında dəyişiklik edilib.

Dəyişikliklə "Elektron icra" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarının 2-ci hissəsində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilib.

Həmçinin, "Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarının 2-ci hissəsində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilib.

Bundan başqa, "Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 29 yanvar tarixli 38 nömrəli Qərarının 3-cü hissəsində "Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç vəkil cəzalandırıldı
Metropolitenin yeni rəisi kimdir? -DOSYE
“Jirinovskinin bütün proqnozları özünü doğruldur” - Putin

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib