"TikTok"da ölümlə nəticələnən tryuk populyarlıq qazanıb.
OXU24.COM bizim.media-ya istinadən bildirir ki, yeni trendə əsasən istifadəçilər yüksək sürətlə hərəkət edən qayıqlardan və yaxtalardan dənizə tullanırlar.
Xilasedicilər bildirirlər ki, bu fəndi betona tullanmaqla müqayisə etmək olar.
Artıq bu trend səbəbidən dörd nəfər faciəvi şəkildə həlak olub.
Məlum olan ilk hadisə fevral ayında Alabama ştatında baş verib. Kişi bu tryuku təkrarlamaq qərarına gəlib və ailəsi ilə istirahət edərkən qayıqdan tullanıb. Nəticədə o, öz uşaqlarının gözü qarşısında ölüb.
Oxu24.com
ŞƏRHLƏR