Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92400
az

Yay ayları olsa da hələ də KİRAYƏ PROBLEMİ VAR... - VİDEO

16:5910 İyul, 2023
95
CƏMİYYƏT
  • A

Yay ayları olsa da, Bakıda hələ də kirayə mənzil problemi var. Fəslin adətən bu aylarında tələbələr rayonlara üz tutduqlarından, həmçinin insanlar bağlara və digər bölgələrə getdiklərindən kirayə evləri çoxalırdı.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, bu il isə tam əksi baş verib. Ev alqı-satqısı və kirayəsi ilə məşğul olanlar bildirirlər ki, yay ayları olsa da, bazara kirayə evləri təklif edilmir.

Nərimanov rayonunda fəaliyyət göstərən reiltor Rüfət Məmmədov deyir ki, xüsusilə bu rayonda köhnə tikililərdə kirayə üçün nəzərdə tutulan ev yox səviyyəsindədir. Üstəlik Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər olaraq həmin ölkələrdən gələn həmvətənlərimizin sayının artması da bazara öz təsirini göstərib.

Əmlakçı Ülvü Əliyev isə deyir ki, nəinki nərimanov, digər mərkəzi hissələrdə də kirayə mənzil tapmaq müşkül məsələdir.

Köhnə binalarda 2 otaqlı kirayə mənzillərin qiyməti 500 manatdan başlayır. Təzə binalarda isə kirayə evlər olduqca bahadır.

Əmlakçılar bildirirlər ki, nisbətən mərkəzdən kənar ərazilərdə kirayə mənzillər tapmaq mümkündür. Bununla belə həmin ərazilərdə olan kirayə evlər ucuz deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı
Bir zənglə kartdakı yeddi min manatı ƏLƏ KEÇİRDİ
Smartfonlarla bağlı QORXULU AÇIQLAMA:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı