Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92397
az

“Həmin məntiqlə Məhəmməd adı da qadağan edilməlidir, çünki...” - Elşad Miridən ETİRAZ

15:5810 İyul, 2023
226
CƏMİYYƏT
  • A

Tanınmış ilahiyyatçı Elşad Miri "Məhəmməd" adı ilə bağlı qəbul edilən son qərara etiraz edib.

OXU24.COM xəbər verir ki, ilahiyyatçı Azərbaycanda Mamed və Məmməd adlarının qadağan edildiyini xatırladaraq bildirib ki, Məhəmməd adının əsli "Muhəmməd"dir.

"Asan Xidmət" şöbələrinə verildiyi deyilən tapşırıqlara əsasən, Mamed, Məmməd adları Məhəmməd adının növləridir, ona görə də onların istifadəsi yersizdir. Elə Məhəmməd adını da yersiz qəbul edəkmi? Çünki Məhəmməd adının əsli Muhəmməddir. Yusifi Yusuf, hətta daha da əslinə qaytararaq Yozef edəkmi? Musanı Moşe, İsanı Yeşua olaraq əslinə qaytaraqmı?", deyə ilahiyyatçı əlavə edib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın sözlərinə görə, Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub. O qeyd edib ki, qərarla bağlı "ASAN Xidmət" mərkəzlərinə məlumat verilib:

"Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. "ASAN xidmət" mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç vəkil cəzalandırıldı
Metropolitenin yeni rəisi kimdir? -DOSYE
“Jirinovskinin bütün proqnozları özünü doğruldur” - Putin

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib