Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92389
az

Çirklənmiş orqanizmi təmizləmək MÜTLƏQDİR

11:5810 İyul, 2023
207
CƏMİYYƏT
  • A

Xəstəliklərimizin ən böyük səbəbkarı orqanizmin çirklənməsidir. Gün ərzində qəbul etdiyimiz qidalar vasitəsilə bədənimizə yüzlərlə bakteriyalar daxil olur. Orqanizmin infeksiyalardan təmizlənməsi sağlam həyat və uzun ömür deməkdir.

OXU24.COM  axşam.az-a istinadən orqanizmi təbii yollarla infeksiyalardan təmizləmə vasitələri təqdim edir:

Qanı təmizləmək üçün məlhəm
· Payızda zəncirotunun kökünü yığıb qurudun. 2 xörək qaşığı zəncirotu kökündən 1 stəkan qaynar suya töküb, vam odda 10 dəqiqə qaynadın. Kənara qoyub, 40 dəqiqə saxlayın. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl bu qarışıqdan yarım stəkan qəbul etmək qandakı çirki təmizləyəcək.

Müalicə 1 həftə davam etdirilməlidir.
· Fincana süd və tünd dəmlənmiş çay tökün. Üzərinə 2 çay qaşığı şəkər tozu və ya bal əlavə edib, gündə 4 dəfə için. Müalicəni 1 həftədən artıq təkrarlamaq olmaz.
 

Duzları təmizləmək üçün
Günəbaxan kökünün qalın hissəsini götürüb qurudun. Qarışıqdan 1 stəkan götürüb, 3 litr suya tökün. 2 dəqiqə qaynadıb, 3 gün için. Növbəti dəfə eyni miqdarda günəbaxan kökü ilə suyu qarışdırıb, 5 dəqiqə qaynadıb, 3 gün ərzində için. Sonuncu mərhələdə isə suyu 10 dəqiqə qaynatmaq lazımdır.

Limfa düyünlərini qreyfrutla təmizləyin

900 ml. qreypfrut, 900 ml. portağal və 200 ml. limon şirəsini qarışdırıb, 2 litr suya qatın. Gün ərzində bu qarışıqdan için. Arada səhər yuxudan duranda içərisinə 2 çay qaşığı alma sirkəsi tökülmüş 2 litr su ilə imalə olunun. Tez-tez isti vanna edin. Bu prosedurdan sonra limfa düyünləri təmizlənəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qışda kondisionerdən istifadənin zərərləri
Azərbaycanlı idmançı öldü - FOTO
Qəzada həlak olan 13 yaşlı Məhəmmədəlinin FOTOSU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi