Yasamal rayonunda kütləvi dava baş verib. Hadisə Əsəd Əhmədov küçəsi 41-də qeydə alınıb.
OXU24.COM xəbər verir ki, bu barədə Yasamal Rayon Polis İdarəsindən bildirilib.
Qeyd olunub ki, bir qrup şəxs əlbəyaxa davaya çıxıb.
"Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə şikayət və ya müraciət daxil olmayıb. Hazırda sosial şəbəkədə yayılan videogörüntülərlə bağlı şöbənin əməkdaşları tərəfindən araşdırmalar başlanılıb”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, xəsarət alanların olub-olmadığı məlum deyil.
Oxu24.com
ŞƏRHLƏR