Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92346
az

Yayda bu qidalardan uzaq durun

09:5308 İyul, 2023
204
CƏMİYYƏT
  • A

Yayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Meyvə-tərəvəzin bol olduğu bu mövsümdə təəssüflər olsun ki, bəzi insanlar yediklərinə diqqət etmirlər. Nəticədə qida zəhərlənmələri faktı bu aylarda daha da artır.

Maraqlıdır, görəsən, zəhərlənməmək üçün nə etməliyik?

OXU24.COM  xəbər verir ki, məsələ ilə bağlı tibb elmləri doktoru, həkim professor Adil Qeybulla lent.az-a açıqlamasında bildirib ki, qida toksikoinfeksiyaları ilin bütün fəsillərində baş verə bilər. 
Ətraflı
Ad - 00:11

Onun sözlərinə görə, yay fəslində bunun spesifikası dəyişir:

"Yayda meyvə çeşidlərinin çox olması, zəhərlənmələrin də sayını artırır. Zəhərlənmələr xüsusilə balıq, qarpız, yemiş və pomidor istehlakından qaynaqlanır. Bütün bunların hamısı qida toksikoinfeksiyalarıdır. Bunların içərisində ən təhlükəlisi isə botulizmdir. Qida toksikoinfeksiyaları baş verdiyi halda xəstə dərhal həkimə çatdırılmalıdır. Çünki həmin maddələr ölümə səbəb ola bilər. Məhz bu səbəbdən tutmalardan istifadə edərkən çox diqqətli olmalıyıq. Tutmaların qapağı əgər qalxıbsa, onun suyu bulanıbsa, yaxşı olar ki, istifadə edilməsin. Bundan əlavə meyvələri öz vaxtında yemək məqsədəuyğundur. Ümumiyyətlə, meyvələrin xarici görünüşünə diqqət edilməlidir. Onların qoxusuna, dadının dəyişməsinə maksimum dərəcədə diqqət etmək lazımdır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi