Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92327
az

Priqojin Batyanı pis vəziyyətdə qoydu

17:5107 İyul, 2023
347
SİYASƏT
  • A

Belarus Prezidenti Aleksandr Lukaşenko Yevgeni Priqojinin Minskdə yox, Rusiyada olması barədə açıqlama verib. İstisna deyil ki, Priqojin Lukaşenko və Putinlə bağlanan sövdələşməni bəyənməyib. Onun uğursuz üsyanından həftələr keçsə də, müqavilənin təfərrüatı hələ də məlum deyil. Çox güman ki, Priqojin sövdələşmənin bir hissəsini yerinə yetirmək istəmir.

OXU24..COM axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Lukaşenko bildirib ki, vaqnerçilər ya Ukraynada, ya da Rusiyadakı səhra düşərgələrindədirlər, lakin Priqojin həm Sankt-Peterburqda, həm də Moskvada ola bilər. O, ölkədə "Vaqner" üçün yeni hərbi düşərgələrin tikildiyi barədə mətbuata verilən açıqlamaları təkzib edib. Lukaşenko deyib ki, o, Priqojinə Sovet dövründə tərk edilmiş hərbi bazaları, o cümlədən Osipoviç bölgəsində yerləşən hərbi bazaları təklif edib. Lakin Priqojin düşərgələrin yerləşməsi ilə bağlı fərqli baxışlara malik olduğundan hələlik bu hərbi bazaya yekun cavab verməyib. Kreml mətbuatı Priqojinin hazırda Rusiyada olduğunu iddia edir, lakin bunun hələlik vizual təsdiqi yoxdur. Rusiyanın müxalifət nəşrləri isə iyulun 6-da Priqojinin təyyarəsinin Rostov vilayətinə eniş etdiyini, daha sonra Moskva vilayətinə yollandığını yazır. İyulun 1-i və 2-də Priqojinin Moskvada, iyulun 4-də isə Sankt-Peterburqdakı FTX binasında göründüyü barədə iddialar da yayılıb. Kreml sözçüsü Priqojinin Rusiyadakı hərəkətini izləmədiklərini bildirib. Lakin Peskovun bütün bu açıqlamaları absurddur, xüsusən də "Putinin aşpazının" kiçik silahlarını FTX-dən götürməsi fonunda", - məlumatda deyilir.

Qeyd olunur ki, Lukaşenko Priqojinlə razılaşmadan uzaqlaşmaq qərarına gəlib:

"Üstəlik, Belarus Prezidenti vaqnerçilərin və Priqojinin rus olduqlarını xüsusi olaraq vurğulayıb, bu da onların harada olması ilə bağlı sualın Rusiyaya ünvanlanması deməkdir. Lukaşenkonun ritorikası onun sövdələşməyə görə Kremlin məsuliyyət daşıdığını göstərə bilər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı