Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92318
az

Peskov: Rublun məzənnəsinə görə Putinlə görüş planlaşdırılmır

16:0407 İyul, 2023
141
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin rublun məzənnəsi ilə bağlı iclas keçirməyi planlaşdırmır, çünki ölkə iqtisadiyyatı yaxşı inkişaf edir.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

 

"Heç bir görüş planlaşdırılmır", - Kreml sözçüsü bildirib.


O, xatırladıb ki, bundan əvvəl Rusiyanın baş naziri Mixail Mişustin Putinə Rusiya iqtisadiyyatının yaxşı vəziyyəti barədə hesabat verib.

"İqtisadi göstəricilər çox yaxşıdır, perspektivlidir və proqnozlaşdırıla biləndən yaxşıdır", - Peskov bildirib.

Görüş zamanı Mişustin elan edib ki, iqtisadi vəziyyət dövlətə ruslar qarşısında bütün sosial öhdəlikləri yerinə yetirməyə imkan verir. Bundan əlavə, o bildirib ki, 2023-cü ilin ilk dörd ayında rusiyalıların real əmək haqqı 4,2% artıb.

Bundan əvvəl Mərkəzi Bankın sədrinin birinci müavini Kseniya Yudayeva məlumat vermişdi ki, rublun zəifləməsinin əsas səbəbi ticarət balansının azalmasıdır.

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da xarici ticarətin dinamikasının rublun məzənnəsinə təsir etdiyini bildirib. Eyni zamanda, o, üzən məzənnəni xeyir adlandırıb, çünki bu, xarici amillərin iqtisadiyyata təsirini azaltmağa imkan verir. Mərkəzi Bankın sədr müavini Aleksey Zabotkin isə qeyd edib ki, rublun zəifləməsi ölkədə maliyyə sabitliyinin azalmasına səbəb olmayacaq.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayətində PUA məhv edilib
İsrail hərbçilərinə arı hücumu: 10 nəfər yaralandı
Türkiyə ilə ABŞ Ukrayna və Qəzzanı müzakirə etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO