Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92315
az

SON DƏQİQƏ: Rəşad Dağlının məhkəməsi baş tutdu: ŞOK CƏZA

13:5107 İyul, 2023
815
REDAKTORUN SEÇİMİ
  • A

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

  Oxu24.com  “Qafqazonfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda prokuror Orxan Səmədov ittiham nitqi ilə çıxış edib.

Prokuror Rəşad Dağlının qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Meyxanaçı təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir.

Qeyd edək ki, R. Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib