Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92311
az

İraq Rusiya və İsrail vətəndaşı Zurkovun qaçırılması ilə bağlı istintaqa başlayıb

15:4707 İyul, 2023
184
DÜNYA
  • A

İraq hökuməti Rusiya vətəndaşı olan İsrailli qadın Yelizaveta Tsurkovun qaçırılması ilə bağlı araşdırmalara başlayıb.

 

Oxu24.com xəbər  verir  ki,Bu xəbəri iyulun 7-də Əl-Hadas telekanalı yayıb.

 

“Hökumət Bağdadda adam oğurluğu ilə bağlı təhqiqata başlandığını elan edib”, - deyə telekanal xəbər verir.

 

İyulun 5-də İraqda şiə milislərinin tərəfdarlarının Rusiya və İsrail vətəndaşlığı olan alim Yelizaveta Tsurkovu qaçırdığı bildirilir. Qadın bir neçə ay əvvəl yoxa çıxıb.

 

İsrail hakimiyyəti ABŞ-la birlikdə onun  azad edilməsi üçün çalışır. Onun sağ olduğu və qaçıranlar tərəfindən girov saxlanıldığı ehtimal edilir. Onun oğurlanmasının arxasında Hizbullah hərəkatının tərəfdarları dayana bilər.

 

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiya və İsrail vətəndaşları Tsurkovun İraqda oğurlanması ilə bağlı məlumatlara malik deyil.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı