İraq hökuməti Rusiya vətəndaşı olan İsrailli qadın Yelizaveta Tsurkovun qaçırılması ilə bağlı araşdırmalara başlayıb.
Oxu24.com xəbər verir ki,Bu xəbəri iyulun 7-də Əl-Hadas telekanalı yayıb.
“Hökumət Bağdadda adam oğurluğu ilə bağlı təhqiqata başlandığını elan edib”, - deyə telekanal xəbər verir.
İyulun 5-də İraqda şiə milislərinin tərəfdarlarının Rusiya və İsrail vətəndaşlığı olan alim Yelizaveta Tsurkovu qaçırdığı bildirilir. Qadın bir neçə ay əvvəl yoxa çıxıb.
İsrail hakimiyyəti ABŞ-la birlikdə onun azad edilməsi üçün çalışır. Onun sağ olduğu və qaçıranlar tərəfindən girov saxlanıldığı ehtimal edilir. Onun oğurlanmasının arxasında Hizbullah hərəkatının tərəfdarları dayana bilər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Rusiya və İsrail vətəndaşları Tsurkovun İraqda oğurlanması ilə bağlı məlumatlara malik deyil.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR