Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92310
az

Moskva məhkəməsi Ukraynadan olan pilotların  həbs müddətini uzadıb

15:3107 İyul, 2023
171
DÜNYA
  • A

Moskvanın Lefortovo Məhkəməsi Rusiya Federasiyasında təxribat planlaşdırmaqda şübhəli bilinən  Ukrayna hərbi kəşfiyyatının pilotlarının həbs müddətini uzadıb.

 

Oxu24.com xəbər  verir   ki, Bu barədə RİA Novosti açıqlama  yayıb.

 

FSB ötən ayın əvvəlində iki pilot Aleksandr Morozov və Dmitri Şimanski ilə videonu yayıb.

Kadrlarda pilotlar Rusiya Federasiyasına təxribat və yanacaq-energetika obyektlərinə ziyan vurmaq üçün uçduqlarını bildirirlər.

Pilotlardan biri bildirib ki, Ukrayna kəşfiyyatının rəhbərliyi radioaktiv çirklənmə üçün “çirkli” nüvə bombasının yaradılması və ötürülməsi imkanlarını müzakirə edib.

"Məhkəmə A.Q.Morozov və D.L.Şimanskinin həbs müddətinin uzadılması ilə bağlı müstəntiqin vəsatətini təmin edib", - məhkəmədən bildirilib.

Məhkəmənin məlumatına görə, pilotlar Rusiya Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunurlar: silah və sursatın qanunsuz yeridilməsi, təxribat və sərhədi qanunsuz keçmək.

Təqsirləndirilən şəxslər istintaq hərəkətləri üçün paytaxtın “Lefortovo” İstintaq Təcridxanasına köçürülüblər.

 

Tərcümə:Aynurə Məcidova 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzanın səbəbi barədə danışmaq hələ tezdir - Qazaxıstan rəsmisi
Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB
Rus milyarderin həyat yoldaşı ayrıldıqlarını elan etdi

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı