İran Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan xarici gəmini ələ keçirib.
Oxu24.com İran mediasına istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 900 ton qaçaq yanacaq daşıdığı aşkarlanan əcnəbi gəmini ələ keçirib və heyət üzvləri saxlanılıb.
İranın yarı rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Ordusu Fars körfəzində 900 ton qaçaq yanacaq daşıyan gəmini məhkəmə qərarı ilə ələ keçirib.
Təyyarədə olan 12 ekipaj üzvü də saxlanılıb.
Ekipajın milliyyəti və gəminin bayrağı haqqında məlumat verilməyib.
ABŞ Hərbi Dəniz Qüvvələri dünən İran qüvvələrinin Fars körfəzində qaçaqmalçılıqda şübhəli bilinən gəmini ələ keçirdiyini və müdaxilə etmədiyini açıqlayıb.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR