Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92305
az

Çin Yaponiyadan dəniz məhsulları idxalına qadağa qoyub

15:0307 İyul, 2023
253
DÜNYA
  • A

Çin Fukusima İn-Dai Atom Elektrik Stansiyasında toplanan radioaktiv tullantı sularını axıdmaq planına görə Yaponiyadan dəniz məhsullarının idxalını qadağan edib.

Oxu24.com-un  South China Morning Post -a istinadən  xəbərinə görə, Çin Baş Gömrük İdarəsi tərəfindən edilən açıqlamada, təxliyyə planının "qeyri-kafi" olduğu, bu səbəbdən təhlükəsizliyin təmin edilməsi üçün "bütün lazımi tədbirlərin" görüləcəyi bildirilib. 

 

Çinin riskli qida məhsullarının idxalının qarşısını almağa davam edəcəyi bildirilən açıqlamada Yaponiyadan dəniz məhsulları idxalının qida təhlükəsizliyi səbəbiylə qadağan edildiyi qeyd edilib.

 

Açıqlamada Yaponiyanın müxtəlif bölgələrindən gətirilən qida məhsullarının, xüsusilə də dəniz məhsullarının sertifikat sənədlərinin yoxlanılmasının keçmişlə müqayisədə daha sərt olacağı vurğulanıb.

Çin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Fukusima İn-Dai Atom Elektrik Stansiyasına dair hesabatının qanuniliyini şübhə altına alıb və radioaktiv tullantı sularının okeana buraxılmasına icazə verməyəcəyini bəyan edib.

 

Açıqlamada hesabatın “tələsik” hazırlandığı və “qiymətləndirmədə iştirak edən ekspertlərin fikirlərini tam əks etdirmədiyi” bildirilib.

 

2011-ci ilin martında baş verən zəlzələdən sonra Çin Yaponiyanın bəzi bölgələrindən ərzaq idxalını qadağan edib.

MAQATE iyulun 4-də bildirib ki, Yaponiyanın Fukusima İçi-Dai Atom Elektrik Stansiyasında yığılan tullantı sularının dənizə axıdılması planı təhlükəsizlik standartlarına uyğundur.

Rəsmi cədvəl açıqlanmasa da, okeana təxliyə dövrünün bu ilin yayında başlayacağı açıqlanıb. Qeyd olunur ki, MAQATE-nin hesabatı prosesi sürətləndirə bilər.

Qonşu ölkələr Çin, Cənubi Koreya və Tayvan Tokio hökumətinin evakuasiya qərarına reaksiya verib.

2011-ci ilin martında Fukusima Dai-İçi Atom Elektrik Stansiyasının reaktorunda 9 bal gücündə zəlzələ ilə sunami nəticəsində yaranan nüvə çökmələri havaya qarışdı və stansiyanın ətrafı “evakuasiya zonası” elan edildi.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi
Zukerberq süni intellektlə bağlı böyük planını açıqladı: 65 milyard dollar...

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib