Rusiyanın Vasilyevo kəndində yaşayan 47 yaşlı qadın sərxoş şəkildə evinə gəlib zorla əlaqəyə girməyə çalışan 44 yaşlı keçmiş ərinin cinsi orqanını bıçaqla kəsib.
Oxu24.com xəbər verir ki, məhkəməyə çıxarılan qadın keçmiş ərinin gecə saatlarında evinə girib zorla əlaqəyə girmək istədiyini və özünü müdafiə etmək üçün ərinin cinsi orqanını kəsdiyini deyib.Məhkəmə isə polisin apardığı istintaqa görə qadının keçmiş ərinin cinsi orqanını dava zamanı deyil, adamın yatdığı zaman kəsdiyini bildirib.
Qeyd edək ki, 4 il həbs cəzası alan qadın fotoşəkilini çəkən jurnalistlərə əli ilə öpüş göndərərək peşman olmadığını deyib. Oxu24.com
ŞƏRHLƏR