Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92292
az

Sammit yaxınlaşır, lakin NATO Ukraynaya nə təklif edəcəyinə qərar verməyib

12:0507 İyul, 2023
222
DÜNYA
  • A

NATO müttəfiqləri çərşənbə axşamı, iyulun 11-də başlayacaq sammitdə Ukraynaya konkret nə təklif edəcəkləri barədə hələlik razılığa gəlməyiblər.

 

Oxu24.com xəbər  verir   ki,Bu barədə Washington Post yazıb.

 

Kiyev Ukraynanın alyansa qəbulu üçün ərizə tələb edir.

Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sakın sözlərinə görə, sammit Vladimir Zelenski və NATO-nun baş katibi Yens Stoltenberqin “yan-yana durması” və deməsi ilə yekunlaşmalıdır:

 

“Bu gün biz tarixi qərara gəldik. Bu gün biz Ukraynanı NATO-ya dəvət etdik”.


Lakin ABŞ və NATO rəsmiləri hələlik ölkəyə daxil olmağı deyil, ikitərəfli və ya çoxtərəfli “qarşılıqlı müdafiə paktları” və ya “Ukrayna ilə təhlükəsizlik memorandumları”nı nəzərdən keçirirlər.

Bu, ilk növbədə amerikalıların mövqeyidir. Bayden administrasiyası NATO üzvlüyünün sürətləndirilməsinə alternativ olaraq müzakirələri uzunmüddətli təhlükəsizlik paktlarına çevirməyə çalışır.

 

Bununla belə, Birləşmiş Ştatlar həm də “faktiki vaxt çərçivəsi təyin etmədən” Ukraynanın Üzvlük Fəaliyyət Planından yan keçməsinə imkan verən planı da şərti olaraq dəstəkləyib.

 

Yəni son tarixlər yoxdur.

 

“Ancaq bu cür razılaşmaların hazırda Ukraynaya kömək edib-etmədiyi bəlli deyil. Görünən odur ki, NATO müttəfiqlərindən heç biri öz əsgərlərini Ukraynada döyüşmək üçün göndərmək istəmir. ABŞ isə dəfələrlə Ukraynaya ən qabaqcıl silahlarını göndərməkdən imtina edib.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzanın səbəbi barədə danışmaq hələ tezdir - Qazaxıstan rəsmisi
Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB
Rus milyarderin həyat yoldaşı ayrıldıqlarını elan etdi

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı