Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92291
az

Qaradağda zavoddan çıxan qara tüstü sakinlərə çətinlik yaradır... - VİDEO

11:5907 İyul, 2023
159
  • A

Qaradağ rayonu Qobustan qəsəbəsinin sakinlər iddia edir ki, zavoddan çıxan qara tüstü ətrafı bürüyür və yaxınlıqda yaşayan ailələrin həyat şəraitini çətinləşdirir.

OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, bu vəziyyət bir neçə ildir bu şəkildə davam edir.

Sakinlər iddia edir ki, bir neçə müddət zavod filterlərdən istifadə etdiyi üçün ətrafda tüstü olmurdu. Lakin, sonradan vəziyyət yenə əvvəlki halına qayıdıb.

Qəsəbə sakinlərinin tələbi zavodun bağlanması deyil. Onlar sadəcə evlərinin üzərinə gələn tüstünün qarşısının hansısa yolla alınmasını tələb edirlər.

"Xəzər Xəbər" məsələ ilə bağlı açıqlama almaq üçün adı çəkilən zavoda gedib."

Bildirildi ki, bura uzun illərdir fəaliyyət göstərir və qaydaya uyğun olaraq havanın kirlənməməsi üçün bir neçə toz tutan qurğudan istifadə edilir.

"Lakin, bütün iş ağır metallarla aparıldığı üçün tüstü qaçılmazdır."

Həmçinin qeyd edildi ki, vətəndaşlar zavodun sanitar karantin zonasında qanunsuz olaraq məskunlaşıblar. Yəni əslində həmin ərazidə yaşayış evi inşa etmək olmaz.

Elə sakinlərin özləri də burada qanunsuz məskunlaşdıqlarını etiraf etdilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi