Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92278
az

Mərhum nazirin vəsiyyətinin TƏFƏRRÜATLARI - Sevgilisini də yaddan çıxarmayıb, 100 milyon avro...

22:3806 İyul, 2023
101
CƏMİYYƏT
  • A

Səksən altı yaşında vəfat edən İtaliyanın sabiq Baş naziri və "İrəli, İtaliya" ("Forza Italia") Partiyasının sədri Silvio Berluskoninin vəsiyyətinin təfərrüatları məlum olub.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, Berluskoninin vəsiyyəti ölümündən üç həftə sonra notarius tərəfindən elan edilib. Sabiq Baş nazir 2006-cı ildə yazdığı vəsiyyətnaməsində mülklərinin birinci həyat yoldaşı Karla Elvira Dall'Ogliodan olan uşaqları Marina və Pier Silvio, digər aktivlərinin də bərabər şəkildə beş övladı - Marina, Pier Silvio, Barbara, Eleonora və Luici arasında bölünməsini istəyib.

Beləliklə, S.Berluskoninin media və bank sektorundakı şirkətlərinin, "Monza" futbol klubunun və digər aktivlərinin daxil olduğu "Fininvest" holdinqindəki səhmlərinin 53 faizlik hissəsi Marina və Pier Silvioya çatıb. Holdinqin səhmlərinin qalan hissəsi isə mərhumun ikinci həyat yoldaşı Veronika Lariodan olan üç övladı - Barbara, Eleonora və Luici arasında bölüşdürülüb.
 

Silvio Berluskoni 33 yaşlı nişanlısı Marta Faskinaya 100 milyon avro, qardaşı Paolo Berluskoniyə 100 milyon avro, "İrəli, İtaliya" Partiyasından olan yaxın dostu senator Dell'Utriyə isə 30 milyon avro vəsiyyət edib.

Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də müalicə olunduğu xəstəxanada vəfat edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi