Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92276
az

Ermənistan Xankəndidə ordu saxlayır - Paşinyan İFŞA OLUR

21:2106 İyul, 2023
502
QARABAĞ
  • A

Hər filmin sonu yaxınlaşdıqca əsl həqiqətlər, kimin kim olduğu ortaya çıxdığı kimi Ermənistanın da manevr imkanları daraldıqca özünü ifşa edən qərarları günbəgün artmaqdadır. Bunun üçün kifayət qədər faktlar sadalamaq olar.

Hazırda Nikol Paşinyan hakimiyyəti qaş düzəltdiyi yerdə göz çıxardığının belə fərqində deyil. Ermənistan tərəfi hər vəchlə bildirsə də ki, Qarabağdakı silahlı ermənilər qondarma rejim qalıqlarına məxsus birləşmələrdir, vaxt ötdüksə Bakının təzyiqi artdıqca biz fərqli mənzərənin şahidi oluruq. Rəsmi İrəvanın 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən biri olan erməni silahlılarının Qarabağı dərhal tərk etməli olduğu maddənin bu günə kimi əməl edilmədiyini nəzərə alsaq, elə bu destruktivlik Azərbaycana imkan verir ki, Ermənistanın buraxdığı səhvləri daha ciddi şəkildə yenidən korrektə etsin.

Paşinyan artıq 3 ildir ki, praktiki addım atmaq, sülh prosesini sürətləndirmək üçün konkret addım atmır. Daha çox danışmağa güc verir, danışdıqca isə özünü də batırır, ölkəsini də. Belə ki, erməni baş nazirin son günlər etirafları arasında yer alan bir məqam xüsusilə böyük önəm daşıyır. Belə ki, indidyə qədər 10 noyabr üçtərəfli anlaşmasından sonra Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalan Ermənistan ordusunun tör-töküntülərinin sayının təxminən barmaqla sayılacaq qədər olduğu güman edilirdisə, indisə, erməni baş nazir bəlkə də heç özü də bilmədən Azərbaycan ərazisində Ermənistan ordusuna aid hərbçilərin sayının 25 min olduğunu boynuna aldı.

Belə aydın olur ki, 44 günlük müharibə zamanı mühasirəyə düşmək təhlükəsi ilə üz-üzə olan Ermənistan hərbi hissələri Azərbaycan ərazisindən hələ də çıxarılmayıb. Buradan belə nəticəyə gəlinir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasından mövqelərimizi atəşə tutan faktiki olaraq elə Ermənistan ordusunun həmin hərbiçiləridir ki, onlar bu gün Azərbaycan torpaqlarında mövcuddurlar.

Demək ki, Nikol Paşinyan üçtərəfli bəyanatdan sonra - geridə qalan 3 il ərzində Azərbaycanla yanaşı bütün dünyanı aldatdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan ərazisində hələ də Ermənistan ordusunun 25 min nəfər hərbçisi qalmaqdadır.

1. Nikol Paşinyan bunu təkzib etmək üçün indən belə nə qədər dəriqdən-qabıqdan çıxmağa çalışsa da Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi "Qisas-2" əməliyyatı zamanı öldürülən 5 ermənidən ikisinin Ermənistan ordusunun hərbçisi olduğu faktının təsdiqini tapması Paşinyanın Xankəndində Ermənistan hərbçilərinin olmaması barədə iddiasının üstündən qalın xətt çəkdi.

Paşinyan təkzibə davam etsə də, "Qisas 2" əməliyyatında məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması və meyitlərinin İrəvana göndərilməsi faktı onun iddialarının legitimliyini bir xeyli zəiflədir. Bakı belə bir addım atmaqla eyni zamanda Nikol Paşinyanı dalana sıxışdırdı. Bakı mesaj vermiş oldu ki, Qarabağdan çıxarılmayan Ermənistan ordusunun hərbçiləri terrorçu olaraq qəbul olunacaq. Bu isə Qarabağda ölən erməni hərbçilərinin valideyinləri ilə Nikol Paşinyan arasındakı uçurumu daha da böyüdə bilər. Bunun hətta ölkədə yeni iğtişaşlara yol açmaq ehtimalı da istisna edilmir.

2. Burada digər məqam isə 10 noyabr üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfi hər dəfə "Bizim Qarabağ separatçıları ilə heç bir əlaqəmiz yoxdur. İrəvan onlara görə cavabdehlik daşımır" tipli bəyanatlar səsləndirsələr də, növbəti dəfə reallıq, faktlar başqa hadisələrə istiqamət almamıza imkan verdi. Əslində belə bəyanat səsləndirən, həqiqətən də Qarabağdakı separatçı rejim qalıqlarının taleyindən narahat olmayan bir dövlər və onun başçısı o zaman niyə qondarma rejimə geridə qalan hər 3 il ərzində milyonlarla dollar pul ayrımaqdan bir dəfə də olsun əl çəkmədi? Ermənistanın separatçılara ayrıdığı milyonlar hər kəsə bəllidir. İstisna edilmir, zərrə qədər də şübhə edilmir ki, bu vəsaitin əsas qismi onların silahlarla təchizatına yönəldilir. Bu detal bir daha düşünməyə əsas verir ki, Ermənistan hərbçiləri də orada "xidmət" keçirlər və İrəvan onların Azərbaycan ərazisində mövcudluğunda maraqlıdır.

Bu faktın özü Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkmək fikrində olmadığını, sülh danışıqları adı altında vaxt qazanaraq revanş üçün zaman əldə edərək toparlanıb, növbəti hərbi toqquşmalara hazırlıq görmək, Azərbaycanın suverenliyinə təhdid olmaq niyyətini göstərir.

Əgər həqiqətən də rəsmi İrəvan Azərbaycanla sülh sazişi imzalamaq niyyətində ciddidirsə, əvvəlcə Ermənistan ordusunun 25 min nəfərlik kontingentinin dərhal Azərbaycan ərazilərindən çıxartmalıdır. Bu baş verməyəcəyi təqdirdə Ermənistan Azərbaycanın daha sərt qərarları ilə qarşılaşa bilər. Çünkü Azərbaycan imkan verməyəcək ki, onun ərazisində qondarma rejimin qalıqları mövcudiyyətini davam etdirsin. Buna heç Ermənistanın hamiləri də mane ola bilməyəcəklər. Ermənistan və havadarları bilməlidir ki, Qarabağdakı ermənilər Azərbaycanın defakto vətəndaşı hesab edilir. Bu gün sülhməramlıların müvəqqəti nəzarət zonasında törədilən təxribatlar eyni zamanda Qarabağın erməni əhalisinin həyatını təhlükə altında qoymaq üçün Ermənistanın çirkin planlarından biridir. Bunun üçün də Azərbaycan bundan sonra xəbərdarlıqla kifayətlənməyəcək, öz vətəndaşlarının təhlükəsizliyini ən yüksək səviyyədə qoruyacaq. Son erməni silahlısı ərazilərimizdən təmizlənənə qədər bu tədbirlər icra ediləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi -FOTO
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Şuşaya gedənlərə xəbərdarlıq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü