Rusiya Bakının Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymətləndirir.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Bakı bütün səlahiyyət müddəti ərzində yüksək dərəcədə peşəkarlıq, kreativlik və fəaliyyət qabiliyyəti nümayiş etdirməkdədir. QH-nin COVID-19 pandemiyası ilə mübarizə üzrə aktiv tədbirləri, xüsusən, 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı sessiyasında Bakının Qoşulmama Hərəkatı adından irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, münasib, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə bunu təsdiqləyir. Bu təşəbbüsün inkişafı olaraq 2023-cü ildə Azərbaycanın paytaxtında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Görüşdə 70-dən çox nümayəndə iştirak edib", - o deyib.
Zaxarova həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 2021-ci ilin oktyabrında Belqradda Hərəkatın yüksək səviyyədə yubiley görüşünün keçirildiyini qeyd edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Görüşdə Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri iştirak edirlər.
Oxu24.com
ŞƏRHLƏR