ABŞ dövlət katibi Entoni Blinken çərşənbə günü Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefonla danışıb və Türkiyəni İsveçin NATO-ya daxil olmasına dərhal razılıq verməyə çağırıb.
Oxu24.com xəbər verir ki,Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib ki, "Nazir Blinken belə bir kritik anda NATO birliyinin vacibliyini vurğulayıb və Türkiyəni İsveçin NATO alyansına daxil olmasına dərhal dəstək verməyə çağırıb.
"ABŞ və Türkiyənin çoxdankı və yaxın ikitərəfli müdafiə əlaqələri var və Türkiyənin NATO çərçivəsində qarşılıqlı fəaliyyət qabiliyyətini saxlamaq prioritet olaraq qalır", - mətbuat xidməti bildirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR