Yediyimiz qidaların zərəri barədə çox danışırıq, oxuyuruq. Amma əynimizə geyim alanda nə oldu alırıq, təki təzə olsun, geyim olsun.
Əslində isə zərərli maddələr geyim sənayesində də kifayət qədərdir. Və geyimlər dəri ilə təmasda olduğundan orqanizmə keçir.Oxu24.com Medicina.az -a istinadən çox insanların alıb geyindiyi zərərli geyimlərin alt paltarından tutmuş üst geyiminə kimi siyahısını təqdim edir:
1.Cins – xüsusən dar, kip cins şalvarlar.
Bu şalvarlar aşağı ətraflarda və kiçik çanaqda qan dövranını pozur, maye yığılır, damarlar şişir, sinirlər sıxılır.
Belə halla bağlı 35 yaşlı Britaniyalı qadın hətta xəstəxanaya da düşmüşdü. Dar cins şalvar az qala onu o dünyaya göndərəcəkdi.
Əgər skinni- butul kimi dar, kip yapışan şalvar geyinirsizsə, bu geyimdə çox qalmayın, əyilib qatlanmayın, iş görməyin, oturmuş vəziyyətdə çox vaxt keçirməyin.
Cİns şalvarlarda olan düymə və metal knopkalaer da allergiya və qıcıqlanma verir. Bu səbəbdən göbəyinə infeksiya düşənlər də olub. Bunun qarşısını almaq üçün metal düymələrin üzərinə rəngsiz lak çəkin.
2.Bra – büstqalter əvəzi
Müasir qızların idman üslublu topu büstqalter əvəzinə taxması, qənaət və rahatlıq baxımından üstün olsa da, səhhətə ziyanlıdır. Birincisi, normal tikilmiş büstqalter döş xərçəngi yaratmır. Onkologiya büstqalterin dəmirindən, ölçüsündən, materialından qaynaqlanmır.
Statistika göstərir ki, 80% qadınlar bra və büstqalteri ölçüsündən kiçik alır. Süd vəzilərinin, çiyin və döş qəfəsinin həddən artıq sıxılması onurğa, çiyin, boyun damar və sinirləri üçün normadan artıq gərginlik deməkdir. Belə dar bra döş qəfəsi bağlarının normal hərəkətinə mane olur, onlar vaxtında yığılıb açılmır, bu da süd vəzilərinin tez sallanmasına səbəb olur. Fransada keçirilən bir araşdırma göstərmişdi ki, 18-35 yaş arasında bra taxmayan qadınların süd vəzi giləsi digərlərindən 8 mm daha yuxarıda idi.
İdman üçün bralar isə yalnız idman və qaçış zamanı istifadə olunmalıdır ki, süd vəziləri üçün dayaq olsun. Qalan vaxtlarda isə normal büstqalter daha məqsədə uyğundur.
3.Tuman – boksçu şortiki, yoxsa son dəb tumanlar
Araşdırmalar göstərib ki, dar, sıx, narahat alt paltarı geyinən kişilərdə yumurtaların fəaliyyəti, spermatozoid keyfiyyəti düşür, sonsuzluq və bir sıra kişi cinsi problemləri yaşanır. Dünyada hazırda yalnız 30% kişilər dədə-baba üslubunda olan ailə tumanı və boksçu şortu geyinir. Qalanları dar, son model tumanlar alır.
Məhz geniş, rahat ailə kişisi tumanı geyinənlərdə spermatozoidlər 25% yüksək nəticə göstərmişdir.
Qadınlarda isə əksinədir. Strinqlər, mersedes deyilən tumanlar cinsi orqanların mikroflorasına heç bir mənfi təsir etmir. Qadınlar üçün əsas tumanın materialı, parçası önəmlidir, bir də gigiyena. Təmiz pambıqdan olan alt paltarları daha az göbələk infeksiyalarına səbəb olur. Qadının alt geyimi maksimum hava keçirici, temperaturu normal tənzimləyən olmalıdır.
4.Futbolka, mayka – hansını seçməli?
Poliestrdən olan sintetik futbolkalar bədəndən çıxan təri yaxşı hopdurmur, pis qoxu verir, onda bakteriyalar daha sürətlə çoxalır. Bu da dərinin mikroflorasını pozacaq. Ən yaxşı seçim viskoz – təbii sintetika kimi materialdan almaqdır.
5.Qış sviterləri
Elə bilməyin ki, çox qalın, iri sviterlər insabı isti saxlayır. Bunun fizioloji səbəbi yoxdur. Qalın toxunmuş sviterdə insan daha çox tərləyir, istilik keçirmə və havalandırma onda daha zəifdir. Bu isə insanın tərləyib, soyuqlamasına səbəb olur.
Ona görə qışda küçədə gəzintiyə sviter geyinim fikrindən daşının.
Yundan toxunmuş sviterlər isə dermatiti olan insanlaraolmaz. Onlar flis adlı materialdan qış sviterləri tapmalıdır.
Oxu24.com
ŞƏRHLƏR