Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92223
az

DİQQƏT! - Yayda bu paltarlar xəstəlik gətirir

20:4305 İyul, 2023
112
CƏMİYYƏT
  • A
Parlaq günlər, bol günəş, isti hava... Yay bu möhtəşəm xüsusiyyətləri ilə bizi sevindirir. Amma isti havalarda geyim seçimi etməkdə çətindir. Elə geyimlər seçmək lazımdır ki, onlar bizi sərin saxlasın, tərlətməsin və rahatlıq versin.
OXU24.COM lent.az-a istinadən bildirir ki, ən əsası isti havalarda sintetik materiallı geyimlərdən uzaq durmaq lazımdır. Bu parçalar qırışmır, tez quruyur deyə çox insanların seçimi onlardan yana olur. Bununla yanaşı, qiymət baxımından da ucuzdur. Ancaq təəssüf ki, yayda sintetik parçadan olan geyimlər çox zərərlidir. Belə ki, dərinin nəfəs almasına imkan verməyən, onu qıcıqlandıran və qoxuya səbəb olan sintetik parçalar bəzi revmatik xəstəliklərə səbəb ola bilər.
 
Bəs, yayda necə paltarlar geyilməlidir
 
Pambıq parça materiallı köynəklər isti havanın xilaskarıdır. Ümumiyyətlə, bu ərəfələrdə çalışıb pambıqdan hazırlanmış paltarlara üstünlük verilsin. Onlar dərinin nəfəs almasına şərait yaradır və tərləməyə yol vermir. Həmçinin, kətan geyimlər də yayın vazkeçilməzləri arasındadır. Açıq rəngli kətan bluz və ya boş şalvarlar rahatlıq və sərinlik üçün ideal seçimdir.
 
Uşaqlara gəldikdə isə onların geyimlərinə xüsusi diqqət lazımdır. Çalışıb azyaşlılara paltar alarkən kanserogen maddələrə qarşı diqqətli olmaq lazımdır. Geyimlərdən tərləmə yolu ilə insan orqanizminə keçən bu boyalar insan DNT-sinə təsir edərək xərçəngə də səbəb olma ehtimalı var.
 
İsti havaya qeyri-gigiyenik geyimlər də əlavə olunduqda, uşaqlarda narahatlıq daha da artır. Həmçinin, günəşli ərazilərdə rəng seçimləri də vacibdir. Həddindən artıq işığı əks etdirən açıq pastel rəngli paltarlar geyinmək uşaqlarımızın sağlamlığı üçün hər zaman daha faydalıdır.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB
Ət yenə bahalaşacaq? - AÇIQLAMA / VİDEO
Soğanda gizli təhlükə: yeyərkən edilən bu səhv zəhərlənməyə səbəb olur

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı