Türkiyədə parkın ortasında qadına təcavüz edilib.
Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,Şişlidə 25 yaşlı Eren O. adlı şəxs qadına gecə saatlarında təcavüz edib.Daha sonra qadının paltarlarını götürərək ərazidən qaçıb. Parkda çılpaq vəziyyətdə qalan qadına əraziyə gələn polis əməkdaşları kömək edib.Polis əməkdaşları təhlükəsizlik kameraları vasitəsi ilə şübhəli şəxsi yaxalayıb.O,ilkin ifadəsi zamanı həmin vaxt narkotik maddə qəbul etdiyini və hadisəni necə törətməsindən xəbərsiz olduğunu bildirib.Araşdırmalar zamanı məlum olub ki, cinsi təcavüzə məruz qalan 35 yaşlı qadın ruhi xəstədir.O, müalicə olunması üçün Bakırköy Ruh Sağlığı və Sinir Xəstəlikləri Xəstaxanasına aparılıb.Faktla bağlı araşdırmalar davam edir. Hadisə iıə bağlı videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR