Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92209
az

129 min mənimsəyən məmurun məhkəməsi başlayır

15:4205 İyul, 2023
164
  • A

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən daxil olmuş materiallar əsasında Yevlax şəhər Gənclər və İdman idarəsinin rəisi vəzifəsində işləmiş Binyamin Musayevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb

Bildirilib ki, istintaqla Binyamin Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksiyalarını icra etmələri barədə cədvəlləri, habelə mükafaltlandırma, ezamiyyə və qurumun fəaliyyətilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Binyamin Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə vurulmuş maddi ziyandan 50 min manatının ödənilməsi təmin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı