Əsassız şəkildə əlillik təyin edilmiş 1055 nəfərdən onlara ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.
Femida.az -ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev deyib.
Onun sözlərinə görə, sosial ədalətin, şəffaflığın və ünvanlılığın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər bu il də davam etdiriləcək.
Şöbə müdiri qeyd edib ki, yanlış əlillik təyinatları ləğv edildikdən sonra həmin təyinatlar üzrə vətəndaşlara ödənilmiş vəsaitlərin geri qaytarılması mexanizmləri var.
Sabir Qocayev bildirib ki, vətəndaşa ödənilən vəsait bir sıra hallarda yalnız özü tərəfindən geri qaytarılmır. Belə ki, vəzifəli şəxslərin saxta əlillik təyinatında iştirakı da nəzərə alınır.
Təbii ki, bu tədbirlərlə razı olmayan şəxslər də ola bilər. Belə olan təqdirdə problem məhkəmələr vasitəsilə öz həllini tapır. Vəsaitləri qaytarmağa borclu olanların digər gəlirlərindən bu vəsaitlərin məcburi qaydada büdcəyə yönəldilməsi həyata keçirilir. Aparılan tədbirlər nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatı 61%, I qrup təyinatlar isə 56% azalıb, 3 milyon manat büdcə vəsaitinə qənaət edilib.
Oxu24.com
ŞƏRHLƏR