ABŞ Məxfi Xidməti Ağ Evin ərazisində sirli ağ tozun aşkarlanması ilə bağlı insidenti araşdırır.
Oxu24.com xəbər verir ki, Washington Post qəzeti mənbələrə istinadən yazır ki, söhbət kokaindən gedir.
Maddə ötən bazar günü tapılıb, bundan sonra hətta Ağ Evdə "qısa evakuasiya" elan edilib.
Qəzet yazır: “İlkin testin nəticələrinə görə, ağ toz olan maddə kokain üçün müsbət nəticə göstərib”.
Ağ tozun tapılması faktını jurnalistlərə ABŞ prezidentinin və ona yaxın şəxslərin müdafiəsi ilə məşğul olan Məxfi Xidmətin nümayəndəsi Entoni Quqlielmi təsdiqləyib.
Eyni zamanda, o, binada tozun aşkar edildiyi konkret yeri və onun qablaşdırılması üsulunu açıqlamaqdan imtina edib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR