Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92169
az

Kipr türklərinin əmlakını ələ keçirən Rum administrasiyası təzminat ödəyib

20:1804 İyul, 2023
149
  • A

Kipr türklərinin mülklərini ələ keçirən Cənubi Kipr Rum Administrasiyası təzminat cəzasına məhkum edilib.

 

Oxu24.com xarici mediaya istinadən xəbər  verir  ki,Rum administrasiyası Kipr türkü Orhan Hüseyn Dərvişin Limassoldakı mülkündən qeyri-qanuni istifadə etdiyi üçün 345 min avro təzminat ödəyib.

 

Dərviş 2013-cü ildə Kipr Rum administrasiyasına qarşı iddia qaldırmışdı.

1974-cü il Kipr Sülh Əməliyyatından sonra Rum rəhbərliyi adanın cənubundakı Kipr türklərinin mülklərini ələ keçirdi.

Onlardan biri adanı tərk edərək ABŞ-da yaşamağa başlayan Kipr türkü Orxan Hüseyn Dərviş olub.

Limasol Rayon Məhkəməsində 10 il davam edən məhkəmə çəkişməsi nəticəsində Kipr Rum rəhbərliyi Dərvişin əmlakından qeyri-qanuni istifadə etdiyi üçün 345 min avro təzminat ödəməyə məhkum edilib.

Təzminat əlavə büdcə kimi Kipr Rum Məclisinə təqdim edilib. Dərviş həm əmlakını, həm də təzminatını geri alıb.

Yunan mediası "Kipr türkləri Rum administrasiyasının əl-qolunu bağlayıb" şərhini yazıb.

Kipr türkləri adanın cənub hissəsində təxminən 500 min hektar mülkə sahibdirlər.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya “İsgəndər-M”lə vurdu: 50 fransız muzdlusu öldü
Trampın məhkəməsi təxirə salındı
Japarov fərman imzaladı - Seçki keçiriləcək

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var