Qurban bayramı üçün Antalyanın Manavqat mahalına tətilə gələn Ali Cılqa 26 iyunda sərinləmək üçün otelin su parkına gedib.
Ailəsi ilə Antalyada tətil edən Ali Cılqa 5 ulduzlu otelin su parkında sürüşərək başı hovuzun döşəməsinə dəyib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxanaya aparılan Cilqa 7 gün sonra dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə anının videosunu təqdim edirik:
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR