Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

SON DƏQİQƏ

714

04.07.2023, 17:51

İyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

 

Bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.