Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92144
az

Türkiyə və Misir 10 ildən sonra barışır

12:2504 İyul, 2023
86
  • A

Türkiyə ilə Misir səfirlər səviyyəsində diplomatik əlaqələri bərpa edib.

 

Oxu24.com xəbər  verir  ki, Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, Ankara Qahirəyə səfir vəzifəsinə Mutlu Şenin, Ankaradakı diplomatik missiyanın rəhbəri vəzifəsinə Misir tərəfi Əmra Elhamaminin namizədliyini təklif edib.

 

Qərarlar iki ölkə prezidentlərinin tapşırıqları əsasında qəbul edilib.


Türkiyə Xarici İşlər Nazirliyi bu addımın iki ölkə arasında münasibətlərin normallaşmasına yönəldiyini və Türkiyə və Misir xalqlarının iradə və maraqlarına cavab verdiyini qeyd edib.

 

Misir Xarici İşlər Nazirliyi Türkiyə ilə diplomatik əlaqələrin səfirlər səviyyəsinə yüksəldilməsi ilə bağlı məlumatı təsdiqləyib.

 

Türkiyə-Misir münasibətləri 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib.

 

Ərdoğan Misir hərbçilərinin devrilmiş prezidentin tərəfdarlarına qarşı hərəkətlərini kəskin şəkildə pisləyib.

 

2022-ci ildə Dohada keçirilən futbol üzrə dünya çempionatının açılışında Misir prezidenti əs-Sisi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında ilk görüş baş tutub.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dərslər dayandırılır
Rusiya Xarkovu vurdu: Ölənlər var
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı