Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92139
az

SON DƏQİQƏ! Azərbaycan Rusiya meyilli saytı blokladı

11:5504 İyul, 2023
662
SON DƏQİQƏ
  • A

Azərbaycanda Rusiya təbliğatının ruporlarından biri olan “Eurasia Daily” onlayn xəbər agentliyinə giriş məhdudlaşdırılıb.

Oxu24.com xəbər  verir  ki, saytın  bağlanmasına   səbəb isə Azərbaycanla bağlı  qərəzli məlumatların, yazıların yayılmasıdır.

İyunun 30-da adıçəkilən nəşrin saytında Azərbaycanın Qarabağ bölgəsində yerləşən separatçı qurumun “xarici işlər naziri” kimi təqdim edilən Sergey Qazaryanın müsahibəsi dərc olunub. Bu müsahibə Azərbaycan hakimiyyətinin səbrində bardağı daşıran son damla olub.

Xatırladaq ki, bundan əvvəl də eyni səbəbdən Azərbaycanda Rusiyanın “RİA Novosti” xəbər agentliyinin saytına giriş bloklanmışdı.


Qeyd edək ki, Rusiya ermənilərinə məxsus Rusarminfo.ru agentliyi də mütəmadi olaraq Azərbaycana qarşı informasiya müharibəsi aparır.

Ümumiyyətlə, son illər Rusiyanın informasiya resurslarında Azərbaycan əleyhinə məlumatların həcmi xeyli artıb. Eyni zamanda, Moskvanın fikrincə, Ukraynadakı müharibəni işıqlandırdığına görə Rusiya Federasiyası Azərbaycanın informasiya resurslarına girişi “səhv”ə görə məhdudlaşdırır.

Məlumat üçün deyək ki,Azərbaycanın rus dilli haqqın.az saytının Rusiyada girişi bloklanıb.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
Cahangir ƏsgərovaAĞIR İTKİ
"MERO" rəisi yüksək vəzifəyə      təyin          olundu

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda QHT sədrinin qızını maşın      vurub      öldürdü