Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92132
az

Gəncədə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

11:3404 İyul, 2023
143
KRİMİNAL
  • A

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  verilən məlumata görə, monitorinqlər zamanı Fərid Mirzəyevin “Mercedes” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə F.Mirzəyev sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib. Qayda pozduğuna görə saxlanılan “Tofaş” markalı avtomobilin sürücüsü İsmayıl Tağıyev isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə adağan olunmuş səs siqnallarından istifadə etməsi, arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi dərək iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ