Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92128
az

Moskvaya hücum olub

11:1204 İyul, 2023
448
  • A

Ukrayna Silahlı Qüvvələri iyulun 4-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın meri Sergey Sobyanin bildirib.

O deyib ki, itki və dağıntı qeydə alınmayıb.

Hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və avia bazaya edilib.

Hücumla əlaqədar hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Aeroport hazırda adi iş rejimində işləyir.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Moskvaya hücum edən 5 PUA vurulub.

Nazirlik hücumun Ukrayna tərəfindən edildiyini açıqlayıb.

Xatırladaq ki, yerli vaxtla saat 05.10-dan Moskvanın Vnukovo hava limanına məhdudlaşdırıcı tədbir həyata keçirilib. “Azur Air”, “UTair”, “Flydubai” şirkətlərinin təyyarələri Domodedovo hava limanına enib. Ümumilikdə, Vnukovo hava limanından 14 reys Moskvanın başqa aeroportlarına yönəldilib.

 

Nigar 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda faciə: Ölənlər var
XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
Cahangir ƏsgərovaAĞIR İTKİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı