Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydeni Ukraynanı NATO-ya elə indi qəbul etməyə çağırıb.
Oxu24.com xəbər verir ki, CNN telekanalına müsahibəsində Ukrayna lideri bildirib ki, Ukraynanın NATO-ya daxil olub-olmaması ilə bağlı qərar Baydendən asılıdır və Ukraynanın bu siqnalı alması çox vacibdir.
"Gələcəkdə həqiqətən müttəfiqlərə yaxın olacağınızı hiss etmək çox vacibdir", deyə Zelenski müsahibəsində bildirib.
Zelenskin bildirib ki, hazırda NATO-ya dəvət Ukrayna əsgərləri üçün böyük dəstək olacaq.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR