Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92102
az

Bakıda 3 tibb mərkəzinə yeni direktorlar təyin olundu

21:2803 İyul, 2023
273
CƏMİYYƏT
  • A

Bakıda üç tibb mərkəzinə yeni direktorlar təyin olunub.

Bu barədə OXU24.COM-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı ilə Sabunçu, Suraxanı və Xətai tibb mərkəzlərinə yeni direktor təyinatları həyata keçirilib.

Belə ki, Nurəngiz Bəşirova Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. O, bundan əvvəl Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib. Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə isə Ələkbər Tağıyev təyin edilib. O, uzun müddət M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru kimi çalışıb. M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin direktoru vəzifəsinə Aybəniz Saniyeva təyin edilib. O, bu təyinatadək Suraxanı Tibb Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

Eyni zamanda Saleh Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun terapiya işləri üzrə müavini, Leyla Şərifova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun müavini, Talıb Məmmədov Sabunçu Tibb Mərkəzinin direktorunun müavini, baş həkim, Eldar Əhmədov Yeni Klinikanın direktorunun müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, Fizuli Cəfərov isə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini - baş həkim (Saray modul tipli vərəm əleyhinə xəstəxana üzrə) vəzifəsinə təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı