Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
921
az

Əməliyyat edilən xəstə yaşıl qanlı çıxdı... – Həkimlər dəhşətə gəldi

15:4421 Aprel, 2018
1184
TİBB
  • A
 Kanada cərrahları ağır xəstələrdən birini əməliyyat edən zaman şoka düşüblər.  Oxu24.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb xəstənin yarılan nahiyəsindən gözlənilmədən yaşıl qan axması olub. Əvvəlcə həkimlər həmin insanın   yadplanetli olduğunu düşünüblər. Lakin  qan testlərindən sonra bu pasientin sulfogemoglobinemiya xəstəliyindən əziyyət çəkdiyi aşkar edilib. Müəyyən edilib ki, bu çox nadir xəstəlik  kükürd atomunun qandakı hemoglobinə birləşməsi nəticəsində yaranır. Bu halda qanın strukturu dəyişdiyi kimi rəngi də dəyişir. Adamda həmin xəstəlik  migrenə qarşı atdığı, tərkibində sulfonamid olan sumatriptan  dərmanının həddindən artıq istifadəsindən yaranıb. Həkimlər xəstəyə həmin həbləri atmamağı tövsiyə edib və bir neçə həftə içində onun qanı təkrar qırmızı rəng alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü