Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92096
az

Nobel mükafatının “zərəri” açıqlandı

20:2903 İyul, 2023
163
DÜNYA
  • A

Stenford Universitetindən Devid Stüdderdin başçılıq etdiyi bir qrup amerikalı alim bildirib ki, Nobel mükafatı ona layiq görülən alimlərin karyerasına mənfi təsir göstərir.

OXU24.COM  oxu.az-a istinadən bildirir ki, ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosu tərəfindən dərc edilən araşdırmanın müəllifləri Nobel mükafatı və digər nüfuzlu elmi mükafat olan "Lasker" mükafatının alınmasının alimlərin gələcək işlərinə necə təsir etdiyini müqayisə ediblər.

Lasker mükafatı laureatlarının effektivliyi, eləcə də mükafatı aldıqdan sonra onların işlərinə istinadlar artıb. Əsərlərin "yenilik" göstəricisi, yəni son zamanlar elmi ictimaiyyət tərəfindən tanınan terminlərin işlədilməsi də yüksək olub. Nobel mükafatı laureatları üçün isə bu rəqəmlər azalıb.
Elmi işin müəlliflərinin fikrincə, Nobel mükafatı laureatları daha tez-tez müsahibə verməli, ictimai tədbirlərdə iştirak etməli, yəni birbaşa elmi fəaliyyətdən yayınmalıdırlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə də qarışır – “Ərəb baharı” alovlanır
Bu tarixdə süni intellekt insanların yerinə keçəcək
Lukaşenko bu dəfə o qızla RƏQS ETDİ -VİDEO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu