Başqırdıstanda 14 yaşlı məktəbliyə öz iti hücum edərək burnunu dişləyib.
oxu24.com bildirir ki, uşağın burnunu bərpa etmək üçün əməliyyat olunub.
Məlumata görə, itin yeniyetmənin yuxarı dodağını da zədələdiyi məlum olub. O, üz-çənə cərrahiyyəsi şöbəsində mürəkkəb əməliyyat edilib. Həkimlər şagirdin vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.
"Həkimlər yuxarı dodaq və burnu bərpa etmək üçün kompleks rekonstruktiv plastik cərrahiyyə həyata keçiriblər, bu müddət ərzində üz nahiyəsinin anatomiyasını tamamilə bərpa edə biliblər", - xəbərdə vurğulanıb.
Oxu24.com
ŞƏRHLƏR