Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92092
az

Kişinin hamiləlik testi müsbət çıxdı, həkimlər şoka düşdü

18:4703 İyul, 2023
172
CƏMİYYƏT
  • A

İordaniya sakininin hamiləlik testindən keçməsi və müsbət nəticə verməsi həkimləri təəccübləndirib.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, 42 yaşlı kişi dözülməz qarın ağrısı şikayəti ilə həkimə müraciət edib. Bundan sonra xəstə hamiləlik testindən keçib və test müsbət nəticə göstərib. Vəziyyəti aydınlaşdırmaq üçün şoka düşən həkimlər iordaniyalını əlavə müayinəyə göndəriblər.

Əlavə müayinələrdən sonra həkimlər xəstədə qaraciyərə metastaz vermiş şiş aşkar ediblər. Histopatoloq Hussam Abu Farskakhın dediyinə görə, şiş normal olaraq hamiləlik zamanı istehsal olunan hormonları ifraz edib ki, bu da testin müsbət nəticəsinə səbəb olub.

Xəstənin vəziyyəti xüsusi müalicə tələb edən nadir tibbi vəziyyət hesab olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO
Bu ölkədə ZƏHƏR QADAĞASI -İstila başladı, “siçovul taunu” yayılacaq