Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92090
az

Saakaşvilinin son görüntüləri yayıldı - VİDEO

18:3503 İyul, 2023
80
DÜNYA
  • A

Həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili bugünkü məhkəməsində də onlayn şəkildə iştirak edib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, səhhəti ilə əlaqədar xəstəxanada yatan siyasətçinin çıxışından videonu "Mtavari" telekanalı feysbukda paylaşıb.

Saakaşvili məhkəməyə ifadəsində Gürcüstana qarşı cinayətlər törətmədiyini bildirib və tərəfdarlarını birliyə çağırıb.

Xatırladaq ki, iyunun 16-da Saakaşvili feysbukda bildirib ki, özünü pis hiss etməsinə baxmayaraq, gürcü siyasətində çox aktiv iştiraka qayıtmaq niyyətindədir.  
M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-da yeni
Bəy gəlini
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”